Ən yaxşı təhsil sistemləri

Ən yaxşı təhsil sistemləri Təhsil dünəndən-bu günə bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edən sahələrdəndir.Ancaq təəssüf ki, hər ölkə təhsilə eyni münasibəti göstərmir.Yaxın ərazilərdə yerləşsələr belə həyat standartları və təhsilin keyfiyyəti baxıından bir-birindən çox uzaq olan ölkələr heç də az deyil.Qərbdəki təhsil sisteminin yüksək səviyyədə olduğu ümumi bir düşüncə olsa da,bəzi şərq ölkələri son illər aparılan təhlillər nəticəsində ilk sıralarda yer alır.2015-ci ildə BMT-nin aparmış olduğu araşdırmalara görə, təhsil alanların məktəbə,universitətlərə,peşə məktəblərinə davamlılıqları,ölkədəki təhsil sisteminin şərtləri, qızların təhsilə cəlb olunması və digər meyarlarda dünyanın ən yaxşı təhsil keyfiyyətinə və sisteminə sahib ölkələrin adları bəlli olub.İndi isə,həmin ölkələrdən bəzilərinin təhsil sistemləri ilə daha yaxından tanış olaq.
İsveçrə. Avropanın ən inkişaf etmiş ölkələrindən sayılan İsveçrədə uşaqların ibtidai təhsilə yiyələnməsi vacibdir.Elm sahəsində dünyada 25-ci, riyaziyyatda 8-ci, ümümi sıralamada isə 15-ci sırada yer alan İsveçrə,eyni zamanda, Nobel mükafatı laureatlı bir çox alim və yazıçıya sahibdir.Avstraliyadan sonra gənclərin xaricdə təhsil proqramlarında ən çox üstünlük verdiyi ölkə məhz İsveçrə sayılır.Xüsusən də, Bazel şəhərindəki çoxillik tarixə sahib universitetlər tibb,kimya,fizika və bio kimya sahələrində çox populyardır.
İsrail. 28 milyard İsrail sekelinə (təxminən 7.28 milyard ABŞ dolları) bərabər təhsil büdcəsi olan İsraildə təhsilli əhali 98 % təşkil edir.İsrail ötən illərdə İƏT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən dünyanın ən təhsilli 2-ci ölkəsi seçilmişdir.İsrailin ibtidai təhsilə, orta və universitet təhsili ilə müqayisədə daha az investisiya ayırması onu ən yaxşı təhsil sisteminə sahib ölkələrin sıralamasında aşağı pillələrdə yer almasına səbəb olur.
ABŞ. Dünyanın iqtisadiyyat nəhəngi Amerika Birləşmiş Ştatları nüfuzlu universitetlərə sahib olsa da,təhsil keyfiyyəti baxımından rəqibləri ilə müqayisədə orta sıralarda yer alır. 1.3 trilyon dollar təhsil büdcəsi olan Amerikada xalqın oxuma-yazma nisbəti 99% təşkil edir.Orta məktəbdən sonra təhsilinə davam edən gənclərin sayı təxminən 15 milyona bərbərdir. Amerika vətəndaşları universitetə qədər pulsuz təhsil alırlar.
Rusiya. Məktəbdən öncə və ibtidai məktəb təhsilinə az yatırım edən Rusiya illik 20 milyard ABŞ dolları təhsil xərclərinin böyük qismini orta məktəb və universitet təhsilinə ayırır. Bu vəziyyət də ölkəni ilk 10-luqdan kənarda saxlayır. Rusiyada işləyən təbəqənin təxminən 55%-i diplom sahibir. Ölkənin oxuma-yazma nisbəti 100 %-ə yaxındır.
Cənubi Koreya. Şagirdlərin həftənin 7 günü məktəbə getdiyi Cənubi Koreya ən yüksək təhsil sisteminə sahib olan ölkədir. C.Koreya Höküməti təhsilə çox böyük məbləğlər ayırır. Bunun nəticəsidir ki,texnika və elm sahəsində bu ölkə ilk pillələrdə yer alır.
Kanada. Təhsil dilinin ingiliscə və fransızca olduğu Kanadada insanlar 16 və bəzi bölgələrdə 18 yaşına qədər zəruri təhsilə yiyələnirlər. Xalqın ortalama təhsil səviyyəsi 97 %-ə bərabərdir. Bir təhsil ili 180-190 gün həcmindədir. Araşdırmaçıların fikrincə, Kanada höküməti ibtidai və orta təhsilə yüksək məbləğlər ayıracağı təqdirdə yuxarı sıralarda yer ala bilər.
Almaniya. Təhsil sistemini davamlı olaraq inkişaf etdirməyə çalışan ölkə, şübhəsiz ki, Almaniyadır.Almaniyada məktəb öncəsi təhsil zəruri olmasa da,ibtidai məktəb və orta məktəb təhsilinə böyük önəm verilir.Orta məktəbi bitirən hər bir alman şagirdi qabiliyyət və istəklərinə,diplom dərəcələrinə görə, 5 fərqli istiqamətdə təhsilini davam etdirə
bilər.Almaniya eyni zamanda universitet və texniki təhsil baxımından Avropanın qabaqcıl ölkələrindən sayılır. İrlandiya. İbtidai məktəbdən uiversitetə qədər təhsilin bütün səviyyələrinin pulsuz olduğu İrlandiyada əhalinin oxuma-yazma nisbəti 99 %-ə bərabərdir.Avropa Birliyimə üzv ölkələrin tələbələrinə İrlandiyada təhsil ödənişlidir.İrlandiya höküməti təhsilə illik təxminən 8.7 milyard avro ayırır.


Tehsil-press.az

Oxşar xəbərlər