Qeyri-sabit hava sabahdan mülayimləşəcək

Qeyri-sabit hava sabahdan mülayimləşəcək Azərbaycanda bir neçə gündür ki, müşahidə edilən qeyri-sabit hava şəraiti bu gündən başlayaraq mülayimləşəcək.
Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bu gün gündüz saatlarından başlayaraq hava əsasən yağmursuz olacaq. Bir necə gündür əsən şimal-qərb küləyi günorta saatlarından başlayaraq mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
G.Məmmədova bildirib ki, sabahdan başlayaraq yaxın iki gün ərzində havanın temperaturu 2-3 dərəcə yüksələcək.
O bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 26-29 dərəcə isti təşkil edəcəyini, hazırkı temperaturun, eləcə də dünən müşahidə edilən temperaturun iqlim norması daxilində olduğunu söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər