Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş

Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş Ötən ay həbs edilən Adnan Oktarın dəstək aldığı maliyyə mənbələrindən bəziləri ortaya çıxıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq zamanı Adnan Oktara Qazaxıstandan hər ay 1 milyon dollar pul göndərdildiyi ortaya çıxıb.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən də külli miqdarda maliyyə dəstəyi aldığı dəqiqləşdirilib.
Pulların bir qismi müəyyən şəxslərlə nağd şəklində A.Oktara çatdırılıb. Digər qismi isə onun yaxın adamlarının bank hesablarına göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 11 iyulda İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə - 4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar və yüzlərlə polis cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.

Tehsil-press.az

Oxşar xəbərlər