Vətəndaşlara külli miqdarda zıyan vuran dələduz qadin saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub. Hazırda faktla bağlı istintaq davam etdirilir.
tehsil-press.az