Gülnarə Kərimova haqda şok faktlar

Gülnarə Kərimova haqda şok faktlar Özbəkistanın sabiq prezidenti İslam Kərimovun dünən həbs olunan qızı Gülnarə Kərimova haqqında indiyə kimi bilinməyən məqamlar ortaya çıxıb.
Gülnarə Kərimova hələ atasının sağlığında bəzi cinayətkar qruplarla əlbir olubmuş. Bildirildiyinə görə, prezident qızı sənətçi tərəfi ilə cinayət əməllərini uzun müddət ört-basdır edə bilib. Ailəsi ilə münasibətləri korlanandan sonra isə prezidentin xanımı qızının arxasında dayanan bütün qüvvələri sıradan çıxarıb. İndi isə arxasındakı qüvvə çəkildiyindən Gülnarə cinayət əməllərini daha çox gizlədə bilməyib.
Kimdir Gülnarə Kərimova?
Qeyd edək ki, sözü gedən məşhur xanım 1972-ci ildə anadan olub və sabiq prezidentin böyük qızıdır. O, atasının sağlığında və hələ münasibətlərinin korlanmadığı vaxtlarda çox böyük gücə sahib olub. Gülnarə Kərimova 1991-ci ildə Mansur Maqsudi ilə evlənib. 12 il davam edən evlilik 2003-də sona çatıb. Həmin evlilikdən Gülnarənin iki övladı var.
Təhsilini Daşkənd Universitetində başlayan Gülnarə Kərimova 1996-cı ildə məzun olub. Daha sonra ABŞ-da Harvard Universitetində master dərəcəsi alıb. 2009-cu ildən bəri siyasət elmi üzrə professordur. Həmçinin Gülnarə Kərimova Özbəkistanda Texnologiya Universitetinin də məzunu olub, 1992-ci ildə ABŞ-da Fashion Universitetində tam kurs keçib.
Gülnarə Kərimova iş adamı olmaqla yanaşı, moda stilisti və müğənni kimi də fəaliyyət göstərib. O həmçinin Mədəniyyət forumu və Özbəkistan Sənətçilər Fondunun da rəhbəridir.

Gülnarə Kərimova haqda şok faktlar

2015-ci ildə aparılan istintaq zamanı saxlanılan Gülnarə Kərimovanın Özbəkistanda Skandinaviya və Rusiya telekom şirkətlərindən 1 milyard dollar rüşvət aldığı ortaya çıxıb. Lakin Gülnarə Kərimova bu ittihamları qəbul etmir.
Gülnarə Kərimova həbs edilənə qədər Cenevrə şəhərində 2009-cu ildə aldığı 18 milyon 200 min İsveç frankına aldığı mənzildə yaşayıb.
Türkiyə mətbuatı isə yazıb ki, Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.
Daha sonra məlum olub ki, sabiq prezidentin qızı müəyyən cinayətkar qrupla birgə külli miqdarda dövlət əmlakını mənimsəyib və hədə-qorxu ilə pul tələb ediblər. Gülnarə Kərimovanın daxil olduğu mütəşəkkil cinayətkar qrupun 12 xarici ölkə ərazisində 1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.
Bundan başqa, onların eyni zamanda Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada da mülk və pulları olub.
Təkcə İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlanıb.

Gülnarə Kərimova haqda şok faktlar

Gülnarə Kərimova haqda şok faktlar

Təhsil-press.az

Oxşar xəbərlər