Azərbaycan İlahiyyat İnstitutunda “Səmavi dinlərdə qurban ibadəti” mövzusunda növbəti seminar keçirilib.
Bu ali məktəbin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunan Qurban bayramının insanları birliyə və humanizmə çağırdığı vurğulanıb.
C.Məmmədov deyib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra milli mənəvi dəyərlərimizin qorunması, dini bayramların rəsmən qeyd olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti uğurla davam etdirirlər.
Rəhbərlik etdiyi ali məktəbdə maarifləndirmə mahiyyəti daşıyan seminarların keçirilməsinin artıq ənənə halını aldığını söyləyən rektor bugünkü mövzunun Qurban bayramı ilə bağlı olduğunu bildirib.
Seminarda institutun baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Səmavi dinlərdə qurban ibadəti” mövzusunda məruzə ilə çıxış edib. A.Şirinov qurban ayininin yaşının bəşəriyyətin tarixi qədər qədim olduğunu söyləyib, Paleolit dövründən etibarən müxtəlif inanc sistemlərində bu ibadətin fərqli formalarda icra edildiyini bildirib. Səmavi dinlərdəki qurban ibadətinin həzrət İbrahimin adı ilə bağlı olduğunu bildirən A.Şirinov Qurani-Kərimin Saffat surəsinin 100-107-ci ayələrinə görə, həzrət İbrahimin Allahdan bir övlad istədiyini, duası qəbul olunaraq ona həzrət İsmayılın bəxş edildiyini, daha sonra övladını Allah yolunda qurban etməsinin əmr olunduğunu bildirib. Qurana görə həzrət İbrahim oğlu İsmayılı qurban etmək istədikdə ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilib və oğlunun əvəzində bir qoç qurbanı verilib. Yəhudi ənənəsində qurbanlığın İsmayıl deyil, İshaq olduğunu vurğulayan A.Şirinov, əslində, Quran və Tövratda fərqli formada, lakin eyni məzmunda keçən bu məlumatla bəşəriyyətə iki mühüm ismarıcın verildiyini diqqətə çatdırıb. “Bu ismarıclardan birincisi, İbrahim peyğəmbərin və oğlunun Allaha bağlılığı və təslimiyyətidir. İkincisi isə insanların qurban edilməsinin qadağan olunmasıdır”. Belə ki, bəşər tarixinin müəyyən dövrlərində qurban ritualı öz mahiyyətindən uzaqlaşdırılıb, insanlar həmcinslərini belə, qurban kimi təqdim etməyə başlayıblar. A.Şirinov həzrət İbrahimin yaşadığı dövrdə belə, dünyanın müxtəlif bölgələrində insanları qurbanetmə adətinin olduğunu qeyd edib, Allahın həzrət İbrahim vasitəsilə müxtəlif dövrlərdə mövcud olmuş bu qeyri-insani adəti qadağan etdiyini, bunun əvəzinə qurbanı bir çox ictimai və mənəvi keyfiyyətləri özündə daşıyan bir ibadət kimi insanlara buyurduğunu vurğulayıb. Mövzu ətrafında müzakirələr aparılıb.