Poroşenko ukraynalılardan üzr istədi

Poroşenko ukraynalılardan üzr istədi Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü ildə Donbasda hərbi əməliyyatları “bir neçə saata” sona çatdıracağı ilə bağlı verdiyi vədə görə xalqdan üzr istəyib.
Prezident bu sözlərin 4 il əvvəl hansı konteksdə deyilməsinin elə də əhəmiyyətli olmadığını, insanların bu vədi müharibənin dərhal sona çatması imkanları kimi dəyərləndirdiklərini deyib:
“Həyata keçməyən vədə görə səmimi qəlbdən üzr istəyirəm. Təəssüf ki, insanlara həyata keçməyən ümid verdim”.
Poroşenko bildirib ki, bu situasiya ona vədlərinə və sözlərinə ciddi yanaşmaq üçün “böyük dərs” verdi.

Tehsil-press.az

Oxşar xəbərlər