Poroşenko Bakıya gəlir

Poroşenko Bakıya gəlir Poroşenkonun səfəri iyulun 13-də başlayacaq.

Ukrayna prezidenti Azərbaycana rəsmi səfərə gələcək. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, Pyotr Poroşenkonun səfər 13-14 iyul tarixlərinə planlaşdırılır.
Poroşenko səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentlərinin beşinci şura iclasında iştirak edəcək. Həmçinin Ukrayna lideri ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirmək niyyətindədir.
Bundan başqa, iki ölkənin arasında münasibətlərin yaxşılaşmasına yönəldilmiş bir sıra ikitərəfli razılaşmaların imzalanması da səfər proqramına daxil edilib.

Poroşenko Bakıya gəlir
Gürcustan, Azərbaycan və Ukrayna prezidentləri İstanbul sammitində (mənbə: Ukrayna prezidentinin saytı. 23 may)

Ukrayna və Azərbaycan prezidentləri son dəfə mayın 23-də Türkiyənin İstanbul şəhərində görüşüblər.
Görüş zamanı Poroşenkonun Azərbaycana səfəri ilə bağlı məsələlər ətrafında müzakirə aparılmışdı.
Prezidentlər Davos İqtisadi Forumunda da bir araya gəliblər.


Tehsil-press.az

Oxşar xəbərlər