Eks-prezidentin həbs müddəti artırılıb

Eks-prezidentin həbs müddəti artırılıb Cənubi Koreyanın keçmiş prezidentinin həbs müddəti artırılıb.
Prokurorluğun apellyasiya protestinə baxan Seul Ali Məhkəməsi Pak Kın Xenin həbs müddətini 1 il də artıraraq 25 ilə çatdırıb və cəriməni 20 milyard vona qədər (17,8 milyon dollar) yüksəldib.
Eks-prezident özü isə prosesə etibar etmədiyi üçün məhkəməyə gəlməkdən imtina edib.
Xatırladaq ki, Cənubi Koreyada korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında başlayıb. Məlum olub ki, iri Koreya şirkətləri, o cümlədən Samsung hökumətdən aldıqları dəstək qarşılığında prezidentin rəfiqəsi tərəfindən yaradılan fonda küllü miqdarda pul köçürüblər.
Pak Kın Xenin rəfiqəsi heç bir dövlət postu tutmamasına baxmayaraq, prezident administrasiyasının işlərinə müdaxilə edə bilib.

Tehsil-press.az

Oxşar xəbərlər