"Samsung" rəhbərinin məhkəməsində nələr baş verir?

Seulda "Samsung" şirkətinin vitse-prezidenti Li Çje Yonun həbsinə order verilməsi ilə bağlı dinləmələr keçirilir.

Tehsil-press.az "Euronews" a istinadən yaydığı xəbərə görə, 48 yaşlı iş adamı Cənubi Koreyanın korrupsiyada ittiham olunan prezidenti Pak Kın Xenin yaxın rəfiqəsi Çxve Sun Silin qeyri-kommersiya fondlarına pul vəsaitlərinin köçürülməsində şübhəli bilinir.
İstintaq hesab edir ki, tanınmış şirkətin rəhbəri biznesin inkişafına dair dövlət tərəfindən daha əlverişli şərtlər əldə etmək məqsədi ilə qeyri-kommersiya fondlarına pul vəsaitləri köçürüb.
Li Çje Yon atası və şirkətin prezidenti Li Gon Xinin ağır xəstəliyi ilə əlaqədər "Samsung Electronics"in faktiki rəhbəri hesab olunur.
Bir neçə həmkarlar ittifaqının fəalları isə artıq məhkəmə binasının önündə etiraz aksiyası keçirərək Li Çje Yonun azadlıqdan məhrum olunmasını tələb ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər