Hindistanın başı seldən sonra ilanlarla dərddədir

Hindistanın başı seldən sonra ilanlarla dərddədir Hindistanın Kerala əyalətində 400 nəfərin həyatına son qoyan daşqınlardan sonra ilan təhlükəsi yaranıb.
Keralada sel fəlakətindən sonra evlərinə qayıdan sakinlər piton, kobra və gürzə ilə qarşılaşırlar. Sel bir çox ilan yuvasını dağıtdığıdan sürünənlər evlərə yayılıb. Üstəlik, ilanların çoxalma mövsümü olduğundan onların insanlara hücumu təhlükəsi daha da artıb. Təkcə son 3 ay ərzində 50 ilan sancması hadisəsi qeydə alınıb.
Sancmaların çoxu isə ölümcül olduğundan daha qorxuludur.

Tehsil-press.az

Oxşar xəbərlər