Tovuzda iki qızı ilan sancıb

Tovuzda iki qızı ilan sancıb Tovuz rayonunda iki qızı ilan sancıb.
Bildirilir ki, hadisə iyulun 17-də axşam saatlarında baş verib. Tovuz rayonunun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızını həyətlərində oynayarkən sağ baldır nahiyəsindən ilan sancıb.
Həmin gün rayonun Əlibəyli kənd sakini, 2001-ci il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı da ilan sancması ilə xəstəxanaya gətirilib.
Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Təhsil-press.az

Oxşar xəbərlər