Keyfiyyətin təminatına həsr olunmuş təlimlər Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində baş tutub
İsveçin Kral Texnologiya Universitetində və Uppsala Universitetində “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.
Bakı Biznes Universitetinin koordinator olduğu, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində baş tutan layihənin fəal tərəfdaşlarından biri də Odlar Yurdu Universitetidir.
Təlimlərdə Odlar Yurdu Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər. Odlar Yurdu Universitetini beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektor, dos., dr.Ceyhun Osmanlı və Tyutor Mərkəzinin rəhbəri, keyfiyyətin təminatı üzrə mütəxəssis Zaur Məmmədov təmsil ediblər. Təlimlər zamanı isveçli ekspertlər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüb və bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi ilə bağlı tövsiyələr veriblər.
Təlimlər tam praktik modullar əsasında hazırlanaraq, yüksək peşəkarlıqla həyata keçirilib. Təlimlər zamanı universitetlərdəki mövcud vəziyyət öncədən araşdırılaraq, bençmark sualları əsasında universitetlərin gələcək inkişafına istiqamətlənmiş şəkildə aparılıb.
Sonda təlim iştirakçılarına İsveçin Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.
Kəmalə Rəhimli