2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində

2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində Odlar Yurdu Universiteti müxtəlif universitet tələbələrinin bilik yarışı meydanına çevrildi. Belə ki, 5 fevral tarixində Magistratura.az təhsil mərkəzi magistratura pilləsi üçün sınaq imtahanı həyata keçirdi. Təhsil mərkəzinin bildirdiyi kimi sınaq imtahanları tam qəbul proqramına uyğun və hər bir tələbənin iştirak edə bilməsi üçün tam ödənişsizdir. Ümumilikdə sınaq imtahanı üçün 2000 yer ayrılıb. Tələbələrin çoxluğu nəzərə alınaraq imtahan 4 növbəli (10:00 / 11:00 / 13:00 və 14:00) keçirildi.
Onu da qeyd edək ki, keçən il Odlar Yurdu Universitetinin magistratura pilləsi üçün ayrılmış plan yerləri tam olaraq dolmuşdu.
Bu il Odlar Yurdu Univeritetinin magistratura pilləsi üçün ayrılmış plan yerləri ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olub, məlumatlana bilərisiniz:
http://www.oyu.edu.az/index.php?newsid=115

OYU-nun Mətbuat Xidməti


2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində2000-ə yaxın tələbə bilik yarışı üçün Odlar Yurdu Universitetində

Oxşar xəbərlər