18 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 25 illik yubleyinə həsr olunmuş “Müstəqilliyim ən böyük sərvətimdir” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları ənənəyə uyğun olaraq, universitetimizin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri düzdükdən sonra akt zalında toplandılar. Tədbiri giriş sözü ilə Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev açıq elan edərək, müstəqilliyimizn tarixindən geniş söhbət açaraq, bu yolda Əbədiyaşar Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.
Rektorun çıxışından sonra tədbir müstəqillik gününə həsr olunmuş inşa yazı, bədii qiraət, mahnı müsabiqəsi ilə davam etdirildi, həmçinin Odlar Yurdu Kollecinin tələbələrinin hazırladığı rəsm sərgisinə baxış keçirildi.
Sonda isə qaliblər fəxri fərman və kuboklarla təltif olundular.

OYU-nun Mətbuat Xidməti