26 avqust – 1 sentyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində nəzərdə tutulan ilk xarici səfər baş tutub. Avropa İttifaqının Erasmus+ proqramı üzrə Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən bu layihə çərçivəsində təşkil olunmuş İsveç görüşündə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər.
Qeyd edək ki, bu ilin aprel ayında geniş təqdimatı keçirilmiş layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş müəssisə iştirak edir. ADPU-da son illər rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə keyfiyyətə əsaslanan idarəçiliyi inkişaf etdirmək məqsədilə keyfiyyətin təminatı mexanizmlərinin, o cümlədən qiymətləndirmə, keyfiyyəti idarəetmə sisteminin tədris-təlim prosesinə inteqrasiyası, daxili və xarici audit və s. həyata keçirilməsi ilə bağlı işlər gerçəkləşdirilir.
Paytaxt Stokholm şəhərində yerləşən Kral Texnologiya İnstitutunda (KTH) keçirilən təlimin ilk günündə institutun prorektoru Stefan Ostlund və həmin təhsil müəssisəsi üzrə koordinator Viktor Kordas çıxış edərək 1827-ci ildə yaradlmış Kral Universitetinin tarixi və əldə olunmuş nailiyyətlər haqqında məlumat veriblər, universitet şəhərciyində qısa tanışlıq gəzintisi təşkil olunub. Təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılması, tədqiqat, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi və s. haqqında ekspertlər tərəfindən təqdimatlar nümayiş etdirilib. Növbəti günlərdə keyfiyyət alətlərinin proqram və ixtisaslara tətbiqi, Kral Texnologiya İnstitutunun keyfiyyət strukturu və siyasəti, müasir təlim texnologiyaları, İsveç ali təhsil sistemi, keyfiyyətin təminatı sistemi haqqında danışılıb.
Avqustun 30-da layihə iştirakçıları Stokholm şəhərindən 70 kilometr şimalda yerləşən Uppsala şəhərində Skandinaviyanın ən qədim ali təhsil müəssisəsi olan, əsası 1477-ci ildə qoyulmuş Uppsala Universitetində olublar. Ali məktəblə qısa tanışlıqdan sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzi və onun şöbələrinin rəhbərlərinin mövcud təcrübə ilə bağlı təqdimatları olub, müzakirələr aparılıb. Tədbir iştirakçıları səfər müddətində İsveçin tarixi-mədəni abidələrinin, o cümlədən Kral Sarayının, Nobel Muzeyinin, Böyük Meydanın, Hökumət Evinin, körpülərin və s. yerləşdiyi Köhnə Şəhərdə, Uppsala kilsəsində, 1628-ci ildə batmış və 333 ildən sonra suyun altından tapılmış gəminin və onunla bağlı olan əşyaların nümayiş olunduğu Vasa Muzeyində olublar.
Sonuncu gün təqdimatlar davam edib, təlimə yekun vurulub və tədbir iştirakçıları müvafiq sertfikatlarla təltif olunublar. ADPU-nun əməkdaşları KTH üzrə layihə koordinatoruna universitetin təbliğat materiallarını, eləcə də Bakı şəhərinin mənzərəsini əks etdirən suvenir, Azərbaycan haqqında xarici dillərdə nəşr olunmuş kitabları təqdim ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi