Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.
Layihə çərçivəsində növbəti görüş 12 iyun 2018-ci il tarixində Odlar Yurdu Universitetində olub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Universitetin tədris işləri üzrə prorektoru Novruz Zeynalov, kafedra müdiri Əziz Ələkbərov və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev və Bakı Mühəndislik Universitetinin müəllimi Ağamir Əsgərov iştirak edib. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra universitetin müəllimləri mühasibat uçotu ixtisası barədə məlumat verdilər. Tədbir iştirakçıların müzakirələri ilə davam etdirilib və təkliflər səsləndirilib.
Xatırladaq ki, universitetlərdə görüşlər yekunlaşdıqdan sonra təşkilatımız ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi birgə bu sahədə ixtisaslasmış ekspertlərdən ibarət işçi qrupu yaradılaraq, vahid tədris proqramının ilkin versiyası hazırlanacaq, daha sonra Bakı şəhərində dəyirmi masa təşkil edilərək hazırlanmış son proqramın müzakirəsi keçiriləcəkdir və ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaqdır.