Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dr.Fadhil Avad Cebur al-Şuvai ilə agörüşüb.
Rektor qonağı salamlayaraq ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində əməkdaşlıqdan danışıb. Bakı Dövlət Universitetində təhsilin Azərbaycan, ingilis və rus dillərində aparıldığını deyən akademik Abel Məhərrəmov beynəlxalq əlaqələrin genişləndiyini nəzərə çatdıraraq İraqın ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.
Səfir Dr.Fadhil Avad Cebur al-Şuvai, öz növbəsində, səmimi qarşılanmaya görə təşəkkür edib, universitetlə tanışlığın onda xoş təəssürat yaratdığını nəzərə çatdırıb. O, hazırda Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan iraqlı tələbələrin sayının daha da artacağına ümidvar olduğunu vurğulayıb.
Görüşdə səfirliyin dəstəyilə İraq universitetlərinin nümayəndələrinin BDU-nun 100 illik yubileyində iştiraklarının təşkili, müəllim-tələbə mübadiləsi, birgə yay məktəblərinin keçirilməsi kimi məsələlər müzakirə edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Tehsil-press.az