Türkiyə səfiri BDU-da olub

Türkiyə səfiri BDU-da olub Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən A.Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Bakı Dövlət Universitetində 500-dən artıq türkiyəli tələbənin təhsil aldığını deyən rektor əlaqələrin daha da inkişafında maraqlı olduğunu, E.Özoralın bu əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.
E.Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu bildirib. BDU ilə Türkiyə universitetlərinin əlaqələrini yüksək qiymətləndirən səfir, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Türkiyə ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbənin təhsil aldığını deyən səfir E.Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

BDU-nun Mətbuat Xidməti


Türkiyə səfiri BDU-da olub

Oxşar xəbərlər