Dünən İstanbulda öz ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi keçirilib.
Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar.
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbul polis rəisi Mustafa Çalışqan, “Star” qəzetinin rəhbəri Nuh Albayraq, “Anadolu” agentliyinin İstanbul bölgəsi üzrə müdiri Hüseyin Altınalan, “24 TV”nin rəhbəri Nagehan Alçı, jurnalistlər Saaadet Oruç, Həlimə Kökçə və digər tanınmış simalar S.Nuriyevanı tək qoymayıblar.
Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb.
Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib.
E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və birinci müavini idi.
Tehsil-press.az