Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan və AKP rəhbərliyindən istefa verməsi günün müzakirə predmetinə çevrilib.
Türkiyədə şok effekti yaradan bu qərara ABŞ-dan da reaksiya gəlib. Ağ Ev Davudoğlunun istefasına münasibət bildirərək onun ABŞ-ın yaxşı müttəfiqi olduğunu bəyan edib.
“Əhməd Davudoğlunun vəzifədən getməsinin ABŞ ilə Türkiyənin İŞİD terror təşkilatına qarşı əməkdaşlığına təsir edəcəyini düşünmürük”- deyə Ağ Evdən verilən açıqlamada bildirilib.Türkiyə KİV-lərinin məlumatına görə, Davudoğlu istefa qərarının ardınca məmləkətinə gedəcək. Davudoğlu Bursada cümə namazına qatılaraq seçiciləri ilə görüşəcək. Qeyd edək ki, bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu vəzifəsindən və AKP rəhbərliyindən istefa verdiyini bəyan edib. O, istefasının səbəbini konkret açıqlamayıb.
Davudoğlunun mətbuata verdiyi açıqlama bunu deməyə əsas verir ki, onun istefası həqiqətən dəm prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən irəli gəlir: "Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç vaxt vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim”.
Tehsil-press.az