Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda şəhidlərin cənazə namazında iştirak edir [YENİLƏNİB]

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda şəhidlərin cənazə namazında iştirak edir [YENİLƏNİB] Hazırda İstanbuldakı Fatih məscidində 7 şəhidin cənazə namazı qılınır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci Prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq Baş nazir Əhməd Davudoğlu cənazə namazının qılınmasında iştirak edirlər.
Şəhidlərin son mənzilə yola salınması mərasimi Ankarada və digər şəhərlərdə də davam edir.

Türkiyədə baş verən qiyam nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.
Tehsil-press.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub.
Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır.
Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.


Tehsil-press.az

Oxşar xəbərlər