Azərbaycanda bu universitet bağlandı - Yenilənib

Azərbaycanda bu universitet bağlandı - Yenilənib Bakı İslam Universiteti bağlanıb. Bu haqda təhsil ekpseti Kamran Əsədov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırır: “Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr köçürülüb”.
Bildirilib ki, tələbələr tam köçürülməyib. Hazırda onlar Dövlət İmtahan Mərkəzinə dəvət edilirlər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşıb. 2009- cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq verib. Universitetin rektoru Hacı Sabir Həsənlidir.
***
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, qeyd edib ki, universitetin bağlanması haqqında müvafiq qurumlarla məsələhətləşmələr aparılıb. Bundan sonra bağlanma haqqında qərar verilib: “Builki qəbul dayandırılıb. Səbəb isə İlahiyyat İnstitutunun yaranması və eyni ixtisas üzrə pulsuz təhsilin təşkilidir. Tələbələrin hazırda köçürülmə prosesi gedir”.
***
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Xanlar Xanlarzadə də “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə müraciət olunub ki, Bakı İslam Universitetinin I kursuna qəbul olunan tələbələri digər ali təhsil müəsssisələrinni boş qalan ixtisaslarına yerləşdirilisin: “ Söhbət 139 tələbədən gedir. Ona görə də həmin tələbələr Dövlət İmtahan Mərkəzinə dəvət olunub. Onların topladıqları ballara uyğun olaraq digər ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi hazırda davam edir”.

Tehsil-press.az

Oxşar xəbərlər