Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub

Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub Hindistanda yağan leysan yağışlar nəticəsində ən azı 11 nəfər ölüb.
Leysan yağışlar və onların törətdiyi torpaq sürüşmələri nəticəsində bir neçə nəfər xəsarət alıb. Yağışlar əsasən ölkənin şimal ştatlarına (Cammu, Kaşmir, Pencab, Himaçal-Pradeş və Haryana) ziyan vurub. Qeyd olunur ki, Pencab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu, Kaşmir və Himaçal-Pradeşin əksər hissəsində məktəblər bağlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər