Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. 2 milyondan çox adamın isə evsiz qalması bildirilir.
Həlak olanların böyük əksəriyyəri - 53 nəfər Assam ştatının payına düşüb. Ştatın Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar.
Qeyd edək ki, son iki həftədə leysan yağışları Brahmaputra çayının da məcrasından çıxmasına səbəb olub. Çay ətrafındakı yaşayış məntəqələrindən sakinlərin təcili təxliyəsi aparılıb.
Təhsil-press.az