İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib.
Tehsil-press.az xəbər verir ki, sürüşmə kənddən 150 metr aralıda olub. Belə ki, dağın yamacında 5 hektar ərazidə torpaq kütləsi fərdi yaşayış evlərinə doğru hərəkət edib.
Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.
Tehsil-press.az