36 min nəfər nazir olmaq üçün müraciət edib

36 min nəfər nazir olmaq üçün müraciət edib İraqda 36 min nəfər nazir olmaq üçün onlayn müraciət edib.
Yeni hökuməti formalaşdıracaq Adil Əbdülmehdinin ofisindən verilən açıqlamaya görə, müraciətlərdən şərtlərə cavab verən 9317-si qəbul edilib.
Müraciət edənlərdən 97 faizi heç bir partiya üzvü olmayıb. Bundan başqa, 15 faizi qadınlar, 23 faizi isə ali təhsilli şəxslər olub.
Qeyd edək ki, İraq tarixində ilk dəfə olaraq nazir olmaq üçün onlayn müraciət üsulu tətbiq edilib. Müraciətlərin qəbuuna 8 oktyabrda start verilmişdi.
Yeni hökumətin 1 ay ərzində formalaşdırılacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər