Otellər 167 milyon manat qazanıb - Bu il

Otellər 167 milyon manat qazanıb - Bu il Bu ilin ötən dövründə Azərbaycanda otellərin və mehmanxanaların qonaq qəbul etməsi ilə bağlı statistik məlumatlar açıqlanıb.
2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 288 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib.
Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167 milyon manat olub. Gəlirin 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər