Nazir: Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib

Nazir: Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib Azərbaycanın orta tədris müəssisələrinin kompüterləşdirilməsi səviyyəsi 90 faizə bərabərdir.
Bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
C.Bayramovun sözlərinə görə, hazırda ölkə məktəblərinin 53 faizi internet şəbəkəsinə qoşulub:
“Məktəblərdə hər 18 nəfərə bir kompüter düşür. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bu rəqəm 1063-ə bərabər idi”.
Nazir əlavə edib ki, ölkədə elektron təhsil texnologiyalarının genişləndirilməsi məqsədilə “Elektron məktəb” layihəsi reallaşdırılır. Bu layihə orta tədris müəssisələrində elektron jurnalların yaradılmasını nəzərdə tutur. Bu isə öz növbəsində valideynlərə SMS bildirişlər almaqla onlayn rejimdə övladlarının davamiyyətini yoxlamaq imkanı verəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər