ABŞ kəşfiyyatının jurnalist Camal Qaşıqçı konsulluq binasından yoxa çıxmamışdan öncə Səudiyyə Ərəbistanı rəsmilərinin onu qaçırma planları haqqındakı telefon danışıqlarına qulaq asdığı iddia edilir.
Bu iddianı “Washington Post” qəzeti ABŞ kəşfiyyatındakı mənbələrinə əsasən ortaya atıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrini dinləyən ABŞ kəşfiyyatı Camal Qaşıqçının qaçırılması üçün planın həyata keçiriləcəyi ilə bağlı məlumatı olub.
Amerikalı rəsmilərin Qaşıqçını mövzu barədə məlumatlandırıb məlumatlandırmadığı bilinmir.
Qeyd edək ki, Orta Şərqin ən etibarlı jurnalistlərindən biri olan “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və həmin tarixdən sonra ondan xəbər tutmaq mümkün olmayıb.
Tehsil-press.az