Səudiyyə Ərəbistanı Kanadanın səfirini ölkədən çıxarır

Səudiyyə Ərəbistanı Kanadanın səfirini ölkədən çıxarır Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Kanadanın səfirinə ölkəni 1 sutka ərzində tərk etməyi tapşırıb. Ər-Riyad bu addımı Kanadanın ölkədə saxlanılan qadın fəalları həbsdən azad etmək çağırışından sonra atıb.
Belə ki, avqustun 3-də Kanada ölkədə saxlanılan qadın fəallarla bağlı təəssüfünü bildirərək qarşı tərəfi insan haqlarını pozmamağa, onları dərhal azad etməyə çağırmışdı.
Səudiyyə Ərəbistanı isə bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirərək Kanadada olan səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər