Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr deyib.
XİN rəhbəri deyib ki: "Biz öz mövqeyimizi açıqladıq, öz tərəfimizdən addımlar atdıq və indi Qətərin sırasıdır. Onlar başlayan kimi hər şey düzələcək, lakin onlar başlamasa təcrid olunmuş qalacaqlar".
O, qeyd edib ki, irəli sürülən şərtlər müzakirə olunmayacaq.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər