Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində təhsilin inkişafı üçün işlər aparılır. Dörd il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, bu tədris ilində isə 75 faiz olub.
Bunu təhsil naziri Ceyhun Bayramov XII Azərbaycan beynəlxalq təhsil sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
“Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub”, - deyən nazir bu rəqəmi yüksəltməyin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.
Tehsil-press.az