Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.
2016-2017-ci tədris ilində paytaxtdakı 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 min 130 uşaq məşğələyə cəlb olunub. Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” mövzularında dərs məşğələləri tədris edilib. Gün ərzində üç məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Növbəti tədris ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı beşyaşlı uşaqların 65 faizini təşkil edəcək.

BŞTİ-nin Mətbuat Xidməti


Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb

Oxşar xəbərlər