İlham Əliyev akademiklərin maaşlarını artırdı - 2000 manat...

İlham Əliyev akademiklərin maaşlarını artırdı - 2000 manat... Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat məbləğində müəyyən edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər