AMEA-da növbəti seçkilər

AMEA-da növbəti seçkilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər keçirilir.

Akademiyadan Tehsil-press.az-a verilən məlumata görə, əlavə vakant yerlər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (1 müxbir üzv), Biologiya və Tibb Elmləri Bölməsi (1 müxbir üzv), İctimai Elmlər Bölməsi (1 həqiqi üzv, 1 müxbir üzv) üzrədir.
AMEA-nın həqiqi üzvləri (akademikləri) Azərbaycan vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
AMEA-nın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan vətəndaşları sırasından seçilirlər.
“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq, elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdirlər.
AMEA üzvlüyünə irəli sürülən namizədlər tələb olunan sənədləri seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər