Rusiya israrla İnterpoldan “Lotu Quli”ni istəyir - 2 “qanuni oğru”nun qətli..

Rusiya israrla İnterpoldan “Lotu Quli”ni istəyir - 2 “qanuni oğru”nun qətli.. Rusiya DİN-i Türkiyədə saxlanılan “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) bağlı İnterpolun mərkəzi bürosuna təkrar sorğu göndərib.
Bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb. Beynəlxalq axtarışda olan kriminal avtoritetin Rusiyaya mümkün ekstradisiya məsələsi ilə bağlı qərar hələ ki verilməyib. Əgər Səlifovu Rusiyaya ekstradisiya etmək mümkün olsa, o, bir sıra köhnə qətl işləri, o cümlədən “qanuni oğrular” Hikmət Muxtarov və Çingiz Axundovun güllələnməsi olayı ilə bağlı da mühakimə olunacaq.
Nəşr yazır ki, 2018-ci ilin oktyabrın əvvəlində Lotu Quli ilk dəfə Türkiyədə saxlanılanda Rusiya DİN-i onun Moskvaya təhvil verilməsi üçün İnterpola müəyyən sənədlər yollamışdı. Lakin heç bir cavab ala bilməmişdi.
Mənbənin sözlərinə görə, əgər Səlifov çox dəhşətli cinayətlər törədibsə, Türkiyə onun Rusiyaya ekstradisiyasına razılıq verəcək.
Rusiyada kriminal avtoriteti adam oğurluğu və dələduzluqla pul ələ keçirmə ittihamları gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər