Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.
İdarə Ermənistan, Almaniya və Koreyanın üç müəssisəsinin çatdırılmalarına müvəqqəti məhdudiyyətlər tətbiq edib, həmçinin Qazaxıstanın bir müəssisəsi üzərində laboratoriya nəzarətini gücləndirib.
“Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Qazaxıstan, Ermənistan, Almaniya və Koreyanın bir sıra müəssisələrindən idxal edilən heyvandarlıq məhsullarında Rusiya və Avrasiya İqtisadi İttifaqının tələblərinin ciddi pozulması haqqında xarici iqtisadi fəaliyyətin bütün əlaqədar iştirakçılarını məlumatlandırır. Bununla əlaqədar olaraq “Rosselxoznadzor” bu müəssisələrdən məhsulların Rusiyaya çatdırılmasına müvəqqəti məhdudiyyətlərin tətbiqi haqqında qərar qəbul edib”, - xəbərdə deyilir.
Söhbət Almaniyanın “Bosch Tiernahrung GmbH & Co-u”, Koreyanın “EreBon Co”, Ermənistanın “Fud Eks” və Qazaxıstanın “İjevsk” müəssisəsinin məhsullarından gedir.
Tehsil-press.az