Rusiya bu ölkədən mal və quş əti idxalını dayandırdı - SƏBƏB "quş qripi" və taun

Rusiya bu ölkədən mal və quş əti idxalını dayandırdı - SƏBƏB Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti Nepaldan heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Məhdudiyyət iyunun 25-dən qüvvəyə minib.
Qərara səbəb Nepal ərazisində dabaq, yüksək patogenli "quş qripi" və taun xəstəliklərinin yayılması olub.
Bununla əlaqədar, Nepaldan Rusiyaya diri heyvan və quş, ət və ət məmulatları, yumurta idxalı müvəqqəti qadağan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər