Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoydu

Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoydu Ermənistan Rusiyanın bir neçə regionundan donuz əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyub.
Bu barədə Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb: “Avqustun 28-dən etibarən donuz əti, eləcə də quş əti məhsulları, yumurta, yemlərin idxalı quş qripi təhlükəsi səbəbindən dayandırılır”.
Qurumdan bildirilib ki, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.
Qeyd edək ki, Ermənistan donuz ətini əsasən Braziliyadan, quş ətini isə ABŞ, Rusiya və Ukraynadan idxal edir.

Tehsil-press.az

Oxşar xəbərlər