Aygün Kazımovanın oxşarı peyda olub. Noyabr ayında Bakıda, Sumqayıtda və bir neçə şəhərdə silsilə konsertlər verməyə hazırlaşan “Bu şəhərdə” komandası tamaşaçılar üçün sürprizlər hazırlayıb. Bu barədə artistlər sosial şəbəkədə məlumat verib.
Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov bildirib ki, konsertin açılışını Aygün Kazımovanın və Rauf Əhmədovun “Yaraşdın mənə” mahnısının parodiyası ilə etməyi düşünürlər. Xalq artistinin obrazını ona oxşayan stilist-vizajist Gülruh Nəcəfova canlandıracaq.
Yeri gəlmişkən, R.İsgəndərov video paylaşaraq müğənni ilə stilistin səslərinin bənzərliyinə heyran qaldığını deyib:
"Unikal oxşarlıq, hələ insan-insana bu qədər bu qədər oxşamışdı", - deyə aktyor qeyd edib.
Tehsil-press.az