Azərbaycanlı stilistin videosu Paris Hiltonu ağlatdı - Video

Azərbaycanlı stilistin videosu Paris Hiltonu ağlatdı - Video Stilist Anar Ağakişiyevin bir neçə gün öncə İnstaqramda paylaşdığı video böyük marağa səbəb olub.
O, uşaq vaxtı bədbəxt hadisə nəticəsində üzü yanmış xanımı makiyaj edib.
Daha sonra videonu sosial şəbəkədə paylaşan Anar, bunu 18 illik karyerasında ən çətin və dəyərli işi adlandırıb:
“11 yaşında başına gəlmiş dəhşətli faciəyə görə bu günə kimi heç vaxt makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim və güzgünü bağladım. Gəlin bir-birimizi xoşbəxt etməyə çalışaq. Çox şadam ki, ona bu sevinci bəxş edə bildim”.
Sözügedən görüntü 3,4 milyondan çox izlənib. Videoya şərh yazan məşhurlar arasında Paris Hilton da olub.
“Bu video məni ağlatdı, hekayə mənə çox təsir etdi. Çox gözəldir”, -deyə yazıb.



Azərbaycanlı stilistin videosu Paris Hiltonu ağlatdı - Video

Tehsil-press.az


Oxşar xəbərlər