Aygün Kazımova üçün özəl gün - FOTOLAR

Aygün Kazımova üçün özəl gün - FOTOLAR Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür.

Tehsil-press.az xəbər verir ki, sənətçi müasir Azərbaycan musiqisinin yaradıcısı olaraq qəbul edilir. A.Kazımovanın ləqəbi Diva-dır. Müğənni Birinci Qarabağ müharibəsində vuruşub. 2006-cı ildə Rusiyanın paytaxtı Moskovada, 2007-ci ildə "Tofiq Bəhramov" stadionunda "Öpsən" adlı konsert verib.
Xalq artisti 2012-ci ildə "FIFA U-17 Qadınlar Arası Dünya Çempionatı Azərbaycan 2012" futbol yarışının himnini ifa edib. Müğənni ilk Azəri sənətçi olaraq Hollivudda mahnı yazdırıb, Snopp Doggla birlikdə klip çəkdirib .
Sənətçi bu özəl günündə fotoqraf Kamran Aydınovun fotokamerası qarşısına keçərək fərqli fotosessiya etdirib.
İfaçı saçlarını Telman Heybətov və Qusik Simon, stil və makiyajını isə illərdir birlikdə çalışdığı stilist Ruxaya həvalə edib. A.Kazımovanın obrazının bütün ideyası Ruxaya məxsusdur. İnteryer – dizayn isə Dmitriy Turkana aiddir.
Eyni zaman da A.Kazımova bu gün30 illik yaradıcılğında hər zaman yanında olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. "Şairim" adlanır mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Bəstənin arajimanını da C.Quliyev edib.

IAygün Kazımova üçün özəl gün - FOTOLARAygün Kazımova üçün özəl gün - FOTOLARAygün Kazımova üçün özəl gün - FOTOLAR

Tehsil-press.az

Oxşar xəbərlər