Azərbaycandan İraqa gedən zəvvarların sayı artıb - 14 min

Azərbaycandan İraqa gedən zəvvarların sayı artıb - 14 min Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.
Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.
Diplomat bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:
"İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".

Tehsil-press.az

Oxşar xəbərlər