İŞİD-ə qarşı həlledici döyüş olacaq

İŞİD-ə qarşı həlledici döyüş olacaq İraqın ikinci ən iri şəhəri sayılan Mosulun İŞİD-dən azad edilməsi genişmiqyaslı hazırlıqlar gedir. ABŞ əməliyyatlarda istifadə olunacaq yeni hava bazasının salınması üçün İraqa 560 əlavə şəxsi heyət göndərəcək. Tehsil-press.az-ın məlumatına görə, İraqa səfəri zamanı ABŞ müdafia naziri Eşton Karter məlumatı elan edib.

Pentaqon rəhbəri Varşava sammitində bütün həmkarlarını İraqın İŞİD-ə qarşı mübarizəsinə dəstək göstərməkdə qətiyyətli olduğunu vurğulayıb. Karter İraqlı həmkarını yaxın zamanda Vaşinqtonda anti-İŞİD koalisiyasının müdafiə nazirlərinin keçirəcəyi toplantıya dəvət edib.
İraqda Kürdüstan muxtariyyatının Pişmərgə qüvvələri çoxdan bəri gözlənilən Mosul döyüşünə hazırlaşır. İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən bəri İŞİD terrorçu rejiminin nəzarətindədir. Əsas plana görə Pişmərgə dəstələri şəhərə doğru şimaldan irəliləyərək, qabaqlayıcı mövqelər quracaq və İraq qoşunları şəhərə daxil olan zaman ekstrimistlərin şərqdən irəliləməsinə əngəl olacaq.
Əməliyyatın nəvaxt başlanacağı sir olaraq qalır. İraq qoşunları ötən həftə Mosuldan 60 kilometr cənubda yerləşən Qayara hava bazasını ələ keçirib. Həmin hava bazası gözlənilən əməliyyatda həlledici rol oynaya bilər.
Ondan həm İraq həm də ABŞ-ın başçılıq etdiyi Koalisiya qüvvələrinin istifadə edəcəyi bildirilir. Pişmərgə qüvvələri Qayara şəhərinin şərqində qərarlaşıb. Qayara şəhərinin itirilməsindən sonra İŞİD vacib təchizat xəttindən məhrum olub və şəhər faktiki olaraq təcrid olunmuş vəziyyətə düşüb


Tehsil-press.az

Oxşar xəbərlər