Ərdoğandan İraqa cavab: "Biz bildiyimizi edəcəyik"

Ərdoğandan İraqa cavab: Türkiyə ordusu İraqdan təlimat alacaq qədər qabiliyyətini itirməyib.

Tehsil-press.az-n məlumatına görə, bunu İstanbulda IX Avrasiya İslam Şurasının açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan Mosul əməliyyatı ilə bağlı İraqın Baş naziri Heydər əl-Abadiyə də cavab verib: "Sən öncə həddini bil! Sən mənim səviyyəmdə deyilsən, İraqdan qışqırıb bağırmağın bizim üçün əhəmiyyətsizdir. Biz bildiyimizi edəcəyik".


Tehsil-press.az

Oxşar xəbərlər