Bu maskalar böyük marağa səbəb oldu

Bu maskalar böyük marağa səbəb oldu Yaponiyada Osamu Kitaqava adlı şəxs insan cizgilərini yüksək dərəcədə özündə əks etdirən maskalar hazırlayıb.
60 yaşlı istehsalçının sahibi olduğu şirkətdə 5 işçi bu maskalar üzərində çalışır.
Maskalar kütləvi satışa çıxarıldıqdan sonra yerli şirkətlər və əyləncə sektorunun böyük marağına səbəb olub.
Qiyməti 2650 dollara olan maskalar qətran və plastik maddələrdən hazırlanır.
Kitaqava bildirib ki, bu ideya çap şirkətində işləyərkən ağlına gəlib. Yüksək keyfiyyətdə 3D üz cizgilərini tətbiq etmək üçün isə 2 il çalışıb və nəticədə istəyinə nail olub.
O, gələcəkdə silikon materialla 100 faiz insan üzünə bənzəyən maskalar hazırlamaq və onları robotlar üzərində tətbiq etmək istəyir.

Bu maskalar böyük marağa səbəb oldu

Tehsil-press.az

Oxşar xəbərlər