Rusiyada saxlanılanların sayı 300-ü keçib

Rusiyada saxlanılanların sayı 300-ü keçib Rusiyanın paytaxtında ötən gün saxlanılanların sayı açıqlanıb.
Polis Milli Qvardiya Qoşunlarının Federal Xidməti ilə birgə ictimai asayişi pozmaq istəyən 302 nəfəri saxlayaraq DİN-in növbətçi hissələrinə aparıb.
Baxış zamanı onların üzərlərindən kəsici-deşici alətlər, travmatik silah, beşmarmaq, aerozol qaz balonu, asan alışan mayelər, maskalar, eynəklər, dəbilqələr, həmçinin məhkəmə qərarı ilə Rusiyada fəaliyyəti qadağan edilən “Artpodqotovka” təşkilatının atributları götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər