Yapon alimlər super nazik displey plyonka hazırlayıblar

Yapon alimlər super nazik displey plyonka hazırlayıblar Yapon tədqiqatçılar qrupu tərəfindən insan dərisinə yapışdırıla bilən super nazik displey plyonka hazırlanıb. İnsan orqanizmini ekrana çevirməyə imkan verən bu yeni texnologiya böyük marağa səbəb olub.

Tokio Universitetinin alimləri tərəfindən hazırlanan həmin plyonkanın qalınlığı millimetrin üç yüzdə birindən nazikdir. Bu plyonka o qədər elastikdir ki, onu hətta qırışlarla örtülü dəriyə, məsələn, əlin üstünə də yapışdırmaq olar.
Tədqiqatçılar qrupuna daxil olan Tomoyuki Yokotanın bildirdiyinə görə, yeni texnologiya insan orqanizmindən istifadə olunan reklam işlərində, həmçinin moda sahəsində istifadə oluna bilər. Tədqiqatçı ümid etdiyini bildirib ki, yaxın zamanlarda küçələrdə dərisi üzərində belə elektron displey gəzdirən insanların sayı artacaq.


Tehsil-press.az

Oxşar xəbərlər