Poroşenko Antalyada Ukraynanın konsulluğunu açıb

Poroşenko Antalyada Ukraynanın konsulluğunu açıb Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin Antalya şəhərində öz ölkəsinin konsulluğunu açıb.
Açılış mərasimində çıxış edən Ukrayna prezidenti bildirib ki, bu il Türkiyəyə 1,2 milyondan artıq ukraynalı səfər edib: "Onlardan azı 800 mini məhz Antalyada olub. 30 mindən çox ukraynalı - yerli Ukrayna icmasıdır. Antalyada olan hər bir ukraynalı dövlətin qayğısını hiss etməlidir".
P.Poroşenko qeyd edib ki, insanlar Antalyaya yalnız istirahət etmək üçün gəlmir, bu şəhərdə çox sayda beynəlxalq sammitlər keçirilir: "Mən ümid edirəm ki, Ukraynanın Antalyada konsulluğunun olması bizim diplomatlarımıza bu proseslərdə fəal iştirak etməyə imkan verəcək".
Açılış mərasimi zamanı P.Poroşenko Ukrayna diasporu ilə görüşüb.
Qeyd edəkk ki, Ukrayna perzidenti 3-4 noyabr tarixlərində Türkiyədə rəsmi səfərdədir. Noyabrın 3-ü P.Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər